Məhsul haqqında
Ənənəvi qapılar, adətən otaqlarda çox yer tutur və görüntü olaraq müasir və estetik olmurlar. Sürgülü qapılar isə divara parallel hərəkət etdiyi üçün daha az yer tuturlar və görünüş olaraq daha sadə və müasir görsənirlər.
Sürgülü mexanizma, eni 2 metrə qədər olan arakəsmə üçün nəzərdə tutulub (relsin uzunluğu 4 metrdir). Qapılar sağa və sola doğru, divarların yanı ilə (və ya içi ilə) hərəkət edirlər. Arakəsmənin quraşdırıldığı yerdə, sağ və sol divarın hər birində 1 metrə qədər məsafə olmalıdır ki, qapı divarlara parallel (və ya içi ilə) hərəkət edə bilsin. Mexanizma, 2 hərəkətli temperli şüşə qapı üçün nəzərdə tutulub.
Yumşaq əyləc funksiyası var, bu isə, qapılar açılarkən və bağlanarkən qapıların əlavə gücə ehtiyac olmadan rahat şəkildə açılıb-bağlanmasını təmin edir.
AG 120 2M Münasib qiyməti və rahat montajı ilə seçilir. Divara və tavana quraşdırıla bilər. Qapı olan hissəsində ayağa toxunacaq heç bir şey olmur.
Temperli şüşədə kəsim etməyə ehtiyac var, müvafiq kəsim hesablamalarına PDF – dən baxa bilərsiniz.