Məhsul haqqında
Ənənəvi qapılar, adətən otaqlarda çox yer tutur və görüntü olaraq müasir və estetik olmurlar. Bu Sürgülü mexanizmada, hərəkətli qapılar sabit qapıların yanı ilə hərəkət etdiyi üçün daha az yer tutur və görünüş olaraq daha sadə və müasir görsənir.
Sürgülü mexanizma, eni 4 metrə qədər olan arakəsmə üçün nəzərdə tutulub (relsin uzunluğu 4 metrdir). Mexanizma 2 hərəkətli, 2 sabit temperli şüşə qapılar üçün nəzərdə tutulub.
Yumşaq əyləc funksiyası var, bu isə, qapı açılarkən və bağlanarkən qapının əlavə gücə ehtiyac olmadan rahat şəkildə açılıb-bağlanmasını təmin edir.
AG 120 4M + Fix Münasib qiyməti və rahat montajı ilə seçilir. Əsasən tavana quraşdırılmaq üçün nəzərdə tutulub. Qapı olan hissəsində ayağa toxunacaq heç bir şey olmur.
Temperli şüşədə kəsim etməyə ehtiyac var, müvafiq kəsim hesablamalarına PDF – dən baxa bilərsiniz.