Məhsul haqqında
Şüşə qapı popmasını quraşdıran zaman, döşəmənin qazılmasına gərək olmadan, xüsusi boltlar vasitəsi ilə döşəməyə bərkidilməsi kifayətdir.
Digər qapı bağlayıcılarından fərqli olaraq, “Lador LF 70” şüşə qapı bağlayıcısı, xüsusi kəsim aparılmış temperli şüşə qapının altından, birbaşa şüşəyə bərkidilir.
Qeyd etmək lazımdır ki, bu şüşə qapı pompası “Avropa kəsimli aksessuarlarla” birlikdə quraşdırılmalıdır.
Bu şüşə qapı pompası 100kg-a qədər çəkisi olan qapılar üçün nəzərədə tutulmuşdur və daxili otaq qapılarına quraşdırılması tövsiyyə edilir.
Qapının yerləşdiyi çərçivəyə uyğun şüşədən şüşəyə və ya şüşədən profilə komplektləri mövcuddur.
Şüşə qapı pompasının üzərində 2 sürət tənzimləməsi mövcuddur:
- 90-20 dərəcə aralığında olan bağlanış sürəti
- 20-0 dərəcə aralığında olan çırpılma sürəti