Məhsul haqqında
“ Lador LF 120 ” döşəmə yayı əsasən xəstəxana, otel, satış obyekti, gözəllik salonu və s. digər məkanların qapılarına quraşdırılması üçün uyğundur.
2 hidravlik silindirli olması pompanın daha uzunömürlü və stabil işləməsini, həmçinin, nisbətən ağır çəkili qapılara ( 120 kg-a qədər ) quraşdırılmasını təmin edir.
Qapının alt hissəsinə, döşəməyə qazılaraq yerləşdirilir.
Müvafiq aksesuarları ilə birlikdə temperli şüşə, aluminium və taxta qapılara quraşdırıla bilər.
LF 120 yer pompası üzərində 2 sürət tənzimləməsi mövcuddur:
- 90 – 20 dərəcə aralığındakı bağlanma sürəti
- 20 – 0 dərəcə aralığındakı çırpılma sürəti