Məhsul haqqında
Yarım dairə şəklində olan bu kilid, əsasən, qapının orta və üst hissəsindən quraşdırılır. Quraşdırılması olduqca sadədir. Tərkibi 304 Polad olduğu üçün paslanmaya qarşı dözümlüdür. Bu model ikitərəflidir, həm çöldən açar ilə, həm də içəridən zaşolka ilə açıb-bağlamaq mümkündür. Dil hissəsi əyri şəkildə çıxaraq qapının daha təhlükəsiz şəkildə kilidlənməsini təmin edir. Təyinatına uyğun olaraq şüşə qarşılığı və ya profil qarşılığı ilə, müvafiq olaraq şüşədən şüşəyə və şüşədən profilə olaraq quraşdırıla bilər.