Məhsul haqqında
Evinizdə, ofisinizdə və ya digər başqa məkanda əlavə yerə qənaət etmək və daha estetik görüntü əldə etmək istəyirsinizə, sürgülü sistemlər sizin üçün ideal seçim ola bilər. Əsas üstünlükləri, daha az yer tutması, döşəmədə relsin olmamağı (ayağa dəyə biləcək hər hansısa maneənin olmaması) və yumşaq əyləcli sistemə (Soft-stop) sahib olmağıdır. Tək hərəkətli qapıdan ibarət modeldir. Bu növ sürgülü sistemlər adətən divara quraşdırılır, amma bu modeli tavana da quraşdırmaq mümkündür. Əlavə olaraq, sürgülü sistemlər müxtəlif ölçülərə uyğun olaraq fərdiləşdirilə bilər. Bir qapının minimum eni 60sm, maksimum eni isə 120sm ola bilər. Şüşədə əlavə kəsim etməyə ehtiyac yoxdur. Əsasən temperli tək şüşə üçün nəzərdə tutulub.