Məhsul haqqında
Evinizdə, ofisinizdə və ya digər başqa məkanda əlavə yerə qənaət etmək və daha estetik görüntü əldə etmək istəyirsinizə, sürgülü sistemlər sizin üçün ideal seçim ola bilər. Əsas üstünlükləri, daha az yer tutması, döşəmədə relsin olmaması (ayağa dəyə biləcək hər hansısa maneənin olmaması) və yumşaq əyləcli sistemə (Soft-stop) sahib olmağıdır.
Lador Harmony+Fix modeli, iki teleskopik hərəkətli və bir sabit qapıdan ibarət modeldir. Bu modelin xüsusiyyəti hərəkətli qapıların teleskop şəklində sinxron olaraq açılıb bağlanmasındadır, yəni, öndəki qapı açılanda digəri də onunla birlikdə açılır və qapılar üst-üstə yığılır, həmçinin öndəki qapı bağlananda digəri də onunla bərabər bağlanır. Bu model asma sürgülü sistem tavana quraşdırılmaq üçün nəzərdə tutulub.
Əlavə olaraq, sürgülü sistemlər müxtəlif ölçülərə uyğun olaraq fərdiləşdirilə bilər. Bir qapının minimum eni 60sm, maksimum eni isə 120sm ola bilər ( istəyə görə sabit qapının ölçülərini fərqli etmək mümkündür ).
Şüşədə əlavə kəsim etməyə ehtiyac yoxdur. Əsasən temperli tək şüşə üçün nəzərdə tutulub.