Məhsul haqqında
Evinizdə, ofisinizdə və ya digər başqa məkanda əlavə yerə qənaət etmək və daha estetik görüntü əldə etmək istəyirsinizə, sürgülü sistemlər sizin üçün ideal seçim ola bilər. Əsas üstünlükləri, daha az yer tutması, döşəmədə relsin olmaması (ayağa dəyə biləcək hər hansısa maneənin olmaması) və yumşaq əyləcli sistemə (Soft-stop) sahib olmağıdır.
Lador Accord modeli, iki sinxron hərəkətli qapıdan ibarət modeldir. Bu modelin xüsusiyyəti hərəkətli qapıların sixron şəkildə açılıb bağlanmasındadır, yəni, bir qapı açılanda digəri də eyni zamanda açılır və həmçinin bir qapı bağlananda digəri də eyni zamanda bağlanır. Bu model asma sürgülü sistem adətən divara quraşdırılır, amma yerinə görə tavana da quraşdırmaq mümkündür.
Əlavə olaraq, sürgülü sistemlər müxtəlif ölçülərə uyğun olaraq fərdiləşdirilə bilər. Bir qapının minimum eni 61sm, maksimum eni isə 120sm ola bilər.
Şüşədə əlavə kəsim etməyə ehtiyac yoxdur. Əsasən temperli tək şüşə üçün nəzərdə tutulub.