Məhsul haqqında
Əsasən çəkisi 25-85kg aralığında olan, market, restoran, plaza və s obyektlərin giriş qapılarına quraşdırıla biləcək çoxfunksiyalı qapı bağlayıcısıdır.
5 tənzimləmə funksiyası var:
- Güc tənzimləməsi – Sol tərəfində yerləşir. 25-85 kq çəki aralığında müvafiq güc təzimləməsi etmək, qapının çəkisinə uyğunlaşdırmaq üçündür.
- Bağlanma sürəti tənzimləməsi -“Speed Closing” yazılan ventil. 180° və 10° aralıqda olan bağlanma sürətini tənzimləyir.
- Çırpılma sürəti tənzimləməsi – “Latch Speed” yazılan ventil. 10° dən qapının tam bağlanmasına qədər olan məsafədəki sürəti (çırpılmanı) tənzimləyir.
- Gecikmə funksiyası – “Delayed Action” yazılan ventil. Bu funkisya qapı tam açıldığı mövqedən 70°-dək olan bağlanma sürətini yavaşladır. Bu ventilin sıxılmasına müvafiq olaraq təxminən 25 saniyə müddətində gecikmə yaradır. 70°- dək bağlandıqdan sonra qapı normal tənzimlədiyiniz sürətdə bağlanmağa davam edəcək.
- Geri çırpılma kontrolu – “Back Check” yaxud “BC” yazılan ventil.Bu funksiya qapı sürətlə itələnib açılarkən qapının kənardakı divara yaxud nəyəsə çırpılmaması üçün 70° dən sonrakı açılma sürətini azaldır.
Önəmli qeydlər:
* “Delayed Action“ və “BC” funksiyaları eyni qapıda aktiv edilməməlidir.
* sürət tənzimlənmələrini qapı bağlı olarkən tənzimləmək vacibdir.
* Ventilləri axıra qədər açmaq olmaz, əks təqdirdə içindəki yağı çıxa bilər və qapı bağlayıcısı sıradan çıxa bilər.
* Quraşdırılan zaman bərkidici şuruplar tam sıxılmalıdır.