Məhsul haqqında
Yüngül çəkili qapılar, əsasən iç məkanlarda – ofislərdə və evlərdə geniş istifadə olunur. Qapının düzgün şəkildə bağlanması və rahat açılması üçün qapıya uyğun düzgün qapı bağlayıcısından istifadə etmək vacibdir. LD 60 modeli yüngül çəkili qapılar üçün, kiçik həcmi və münasib qiyməti ilə ideal seçimdir. Qapı bağlayıcısının üzərində 2 sürət tənzimlənməsi (ventili) var: “1” nömrəli ventil- Qapının 180 dərəcədən 15 dərəcəyədək olan bağlanma sürətini tənzimləyir. Ventili saat əqrəbi istiqamətində sıxdıqda bağlanma sürəti azalır. “2” nömrəli ventil -Qapının 0-15 dərəcə arasındakı çırpılma sürətini tənzimləyir. Ventili saat əqrəbi istiqamətində sıxdıqda çırpılma sürəti azalır. Önəmli qeydlər: * Sürət tənzimlənmələrini qapı bağlı olarkən tənzimləmək vacibdir. * Ventilləri axıra qədər açmaq olmaz, əks təqdirdə içindəki yağı çıxa bilər və qapı bağlayıcısı sıradan çıxa bilər. * Quraşdırılan zaman bərkidici şuruplar tam sıxılmalıdır.