Məhsul haqqında
Bu modelin digər modellərdən əsas üstünlüyü həm yüngül, həm də ağır çəkili qapılara quraşdırıla bilməsidir (güc funksiyasının olması). Universal model olduğu üçün, 20kg-dan 120kg-a qədər olan – plastik, taxta, PVC, alüminium, dəmir və s. qapılara rahatlıqla quraşdırıla bilər. Qapı bağlayıcısında güc funksiyası, qapının açılması və bağlanması zamanı tətbiq olunan gücü tənzimləyən bir sistemdir. Güc funksiyası ilə qapının çəkisinə və hava şəraitinə uyğun olaraq qapı bağlayıcısının gücünü tənzimləyə bilərsiniz.
BackCheck funksiyası qapının müəyyən dərəcəyə qədər açılmasını tənzimləyir. Bəzən qapıların yanlarında hər hansısa bir maneə olur ( divar, plakat, poster və s.) və qapının tez tez açılıb bağlanması zamanı qapı bu maneəyə dəyərək həmin divarı və s. zədələyir, həmçinin qapı da zədələnmiş olur. BackCheck funksiyası belə bir problem yaşanmasının qarşısını alır.
LD 100 modelinin ümumilikdə 4 tənzimləmə funksiyası var:
- Qapının 15 dərəcəyə qədər bağlanış sürəti tənzimləməsi
- Qapının 15 dərəcədən bağlanışa kimi olan çırpılma tənzimləməsi
- Qapının çəkisinə uyğun güc tənzimləməsi
- Qapı sürətli açılan zaman arxa divara çırpılmasını önləyəcək “Back Check” tənzimləməsi
Önəmli qeydlər:
* sürət tənzimlənmələrini qapı bağlı olarkən tənzimləmək vacibdir.
* Ventilləri axıra qədər açmaq olmaz, əks təqdirdə içindəki yağı çıxa bilər və qapı bağlayıcısı sıradan çıxa bilər.
* Quraşdırılan zaman bərkidici şuruplar tam sıxılmalıdır.