Məhsul haqqında
Dormakaba TS 93 modeli, Alman brendi Dormakaba tərəfindən istehsal olunan yüksək keyfiyyətli və etibarlı qapı bağlayıcısıdır. 60kg-dan 120kg-a qədər olan qapılara quraşdırılmaq üçün nəzərdə tutulmuşdur. Raylı model olduğu üçün, əsasən, külək tutmayan yerlərə – daxili otaqlara quraşdırılmaq üçün tövsiyə olunur.
Bu modelin 5 tənzimləməsi mövcuddur:
- Qapının 15 dərəcəyə qədər bağlanış sürəti tənzimləməsi
- Qapının 15 dərəcədən bağlanışa kimi olan çırpılma tənzimləməsi
- Qapının çəkisinə uyğun güc tənzimləməsi
- Gecikmə funksiyası – Delayed Action ventili
- Geri çırpılma kontrolu – Back Check yaxud BC yazılan ventil
CE və EN 1154 sertifikatlarına malikdir.
Önəmli qeydlər:
- “Delayed Action“ və “BC” funksiyaları eyni anda aktiv edilməməlidir.
- Sürət tənzimlənmələrini qapı bağlı olarkən tənzimləmək vacibdir.
- Ventilləri axıra qədər açmaq olmaz, əks təqdirdə içindəki yağı çıxa bilər və qapı bağlayıcısı sıradan çıxa bilər.
- Quraşdırılan zaman bərkidici şuruplar tam sıxılmalıdır.