Məhsul haqqında
Dormakaba TS 92 modeli, Alman brendi Dormakaba tərəfindən istehsal olunan yüksək keyfiyyətli və etibarlı qapı bağlayıcısıdır. 90kq-a qədər olan qapılara quraşdırılmaq üçün nəzərdə tutulmuşdur. Raylı model olduğu üçün, əsasən, külək tutmayan yerlərə – daxili otaqlara quraşdırılmaq üçün tövsiyə olunur.
Bu modelin 2 tənzimləməsi mövcuddur:
- Qapının 15 dərəcəyə qədər bağlanış sürəti tənzimləməsi
- Qapının 15 dərəcədən bağlanışa kimi olan çırpılma tənzimləməsi
ISO 9001, EN 1154 və CE sertifikatlarına malikdir.
Önəmli qeydlər:
- Sürət tənzimlənmələrini qapı bağlı olarkən tənzimləmək vacibdir.
- Ventilləri axıra qədər açmaq olmaz, əks təqdirdə içindəki yağı çıxa bilər və qapı bağlayıcısı sıradan çıxa bilər.
- Quraşdırılan zaman bərkidici şuruplar tam sıxılmalıdır.