Məhsul haqqında
Dormakaba TS 83 modeli, Alman brendi Dormakaba tərəfindən istehsal olunan yüksək keyfiyyətli və etibarlı qapı bağlayıcısıdır. 120kq-dan 140kq-a qədər olan qapılara quraşdırılmaq üçün nəzərdə tutulmuşdur. Hətta küləkli ərazilərdə belə rahatlıqla quraşdırıla bilər.
Bu model dirsəkli və raylı qol ilə quraşdırıla bilər. Raylı model əsasən daxili otaqlara quraşdırılmaq üçün nəzərdə tutulub, külək olan məkanlarda quraşdırılması tövsiyə olunmur.
Bu modelin 2 tənzimləməsi mövcuddur:
- Qapının 15 dərəcəyə qədər bağlanış sürəti tənzimləməsi
- Qapının 15 dərəcədən bağlanışa kimi olan çırpılma tənzimləməsi
ISO 9001, EN 1154 və CE sertifikatlarına malikdir.
Önəmli qeydlər:
- Sürət tənzimlənmələrini qapı bağlı olarkən tənzimləmək vacibdir.
- Ventilləri axıra qədər açmaq olmaz, əks təqdirdə içindəki yağı çıxa bilər və qapı bağlayıcısı sıradan çıxa bilər.
- Quraşdırılan zaman bərkidici şuruplar tam sıxılmalıdır.