Məhsul haqqında
Dormakaba TS 83 modeli, Alman brendi Dormakaba tərəfindən istehsal olunan yüksək keyfiyyətli və etibarlı qapı bağlayıcısıdır. 60kg-dan 120kg-a qədər olanbütün növ qapılara rahatlıqla quraşdırıla bilər. Hətta küləkli ərazilərdə belə rahatlıqla quraşdırıla bilər.
Bu model dirsəkli və raylı qol ilə quraşdırıla bilər. Raylı model əsasən daxili otaqlara quraşdırılmaq üçün nəzərdə tutulub, külək olan məkanlarda quraşdırılması tövsiyə olunmur
Bu modelin 4 tənzimləməsi mövcuddur:
- Qapının 15 dərəcəyə qədər bağlanış sürəti tənzimləməsi
- Qapının 15 dərəcədən bağlanışa kimi olan çırpılma tənzimləməsi
- Qapının çəkisinə uyğun güc tənzimləməsi
- Qapı sürətli açılan zaman arxa divara çırpılmasını önləyəcək “Back Check” tənzimləməsi
ISO 9001, EN 1154 və CE sertifikatlarına malikdir.
Önəmli qeydlər:
- Sürət tənzimlənmələrini qapı bağlı olarkən tənzimləmək vacibdir.
- Ventilləri axıra qədər açmaq olmaz, əks təqdirdə içindəki yağı çıxa bilər və qapı bağlayıcısı sıradan çıxa bilər.
- Quraşdırılan zaman bərkidici şuruplar tam sıxılmalıdır.