1 hərəkətli çərçivəsiz temperli şüşə qapı üçün nəzərdə tutulmuş, asqılı sürgülü sistem, kiçik ölçüləri olan arakəsmələrdə quraşdırılıraraq, ofislərin, evlərin və bir sıra obyektlərin otaqlarına incə bir toxunuş edir.
Brend | Lador |
---|---|
Material | Alüminium |
Qapının çəkisi | 80 kq -a qədər |
Arakəsmənin minimum genişliyi | 550 mm |
Arakəsmənin maksimum genişliyi | 1000 mm |
Yumşaq əyləc funksiyası | Var |
Montaj təyinatı | Divar, Tavan |
Üst relsin uzunluğu | 2000 mm |
Ənənəvi qapılar, adətən otaqlarda çox yer tutur və görüntü olaraq müasir və estetik olmurlar. Sürgülü qapılar isə divara parallel hərəkət etdiyi üçün daha az yer tuturlar və görünüş olaraq daha sadə və müasir olurlar.
Sürgülü mexanizma, eni 1 metrə qədər olan arakəsmə üçün nəzərdə tutulub (relsin uzunluğu 2 metrdir). Arakəsmənin olduğu divarda 1 metrə qədər məsafə olmalıdır ki, qapı divara parallel hərəkət edə bilsin. Mexanizma 1 hərəkətli temperli şüşə qapı üçün nəzərdə tutulub.
Yumşaq əyləc funksiyası var, bu isə, qapı açılarkən və bağlanarkən qapının əlavə gücə ehtiyac olmadan rahat şəkildə açılıb-bağlanmasını təmin edir.
AG 120 2M Münasib qiyməti və rahat montajı ilə seçilir. Divara və tavana quraşdırıla bilər. Qapı olan hissəsində ayağa toxunacaq heç bir şey olmur.
Temperli şüşədə kəsim etməyə ehtiyac var, müvafiq kəsim hesablamalarına PDF – dən baxa bilərsiniz.