Çərçivəsiz 1 hərəkətli şüşə qapı üçün sürgülü sistem – LADOR AG 120 2M

1 hərəkətli çərçivəsiz temperli şüşə qapı üçün nəzərdə tutulmuş, asqılı sürgülü sistem, kiçik ölçüləri olan arakəsmələrdə quraşdırılıraraq, ofislərin, evlərin və bir sıra obyektlərin otaqlarına incə bir toxunuş edir.

Orijinal fiyat: 295,00 ₼.Güncel fiyat: 177,00 ₼.

Açıklama

Ənənəvi qapılar, adətən otaqlarda çox yer tutur və görüntü olaraq müasir və  estetik olmurlar. Sürgülü qapılar isə divara parallel hərəkət etdiyi üçün daha az yer tuturlar  və görünüş olaraq daha sadə və müasir olurlar.  

Sürgülü mexanizma, eni 1 metrə qədər olan arakəsmə üçün nəzərdə tutulub (relsin uzunluğu 2 metrdir). Arakəsmənin olduğu divarda 1 metrə qədər məsafə olmalıdır ki, qapı divara parallel hərəkət edə bilsin. Mexanizma 1 hərəkətli temperli şüşə qapı üçün nəzərdə tutulub. 

Yumşaq əyləc funksiyası var, bu isə, qapı açılarkən və bağlanarkən qapının əlavə gücə ehtiyac olmadan rahat şəkildə açılıb-bağlanmasını təmin edir.

AG 120 2M Münasib qiyməti və rahat montajı ilə  seçilir.  Divara və tavana quraşdırıla bilər. Qapı olan hissəsində ayağa toxunacaq heç bir şey olmur.

Temperli şüşədə kəsim etməyə ehtiyac var, müvafiq kəsim hesablamalarına PDF – dən baxa bilərsiniz.

Ek bilgi

Marka

Lador

Renk

Alüminyum

Malzeme

Alüminyum

Kapı ağırlığı

80 kq -a qədər

Cam bölme minimum genişliği

550 mm

Cam bölme maksimum genişliği

1000 mm

Yumuşak fren fonksiyonu

Var

Montaj amacı

Divar, Tavan

Üst ray uzunluğu

2000 mm