Şüşə qapı pompası LADOR LF 150

Həm yüngül, həm nisbətən ağır çəkili qapılara quraşdırıla bilən, xüsusi güc tənzimləməsi olan və 360 dərəcə açıla bilən bu model, adətən ticarət sənaye binalarında istifadə olunur. Ağır çəkili tez-tez istifadə olunan qapılar üçün ideal seçimdir 

Brend

Lador

Rəng

Mat

Material

Dəmir, Paslanmaz polad (#304)

EN gücü

2-5

Qapının eni

600 – 1100 mm

Qapının çəkisi

60 – 150 kq

Sertifikat

UL

Tənzimləmələr

Bağlanış sürəti, Çırpılma sürəti, Güc

Açılma dərəcəsi

360

Fiksasiya

90 dərəcə açıldıqda

Qabarit ölçüləri

278 x 82 x 51 mm ( U x E x D )

Digər pompalardan başlıca fərqli xüsusiyyətləri güc tənzimləməsi və daha geniş açılma dərəcəsinin olmasıdır. Digər modellərdən fərqli olaraq bu modelin 360 dərəcə açıla bilən olması xüsusiyyəti sayəsində, qapılarınız daha geniş bucaq altında açılacaq və əşyaların və yüklərin daşınması rahatlaşacaq. 

“LF 150” yer pompasının digər bir üstünlüyü, 60-150 kq çəki aralığında güc tənzimləməsinin olmasıdır. Güc tənzimlənməsi qapının genişliyindən və çəkisindən asılı olaraq dəyişdirilə bilər. Güc tənzimləməsinin mövcudluğu, qapının çəkisinə və ərazidəki küləyin səviyyəsinə uyğun olaraq pompanın gücünün artırıb azaldılmasına və beləliklə qapının lazımlı ağırlıqda açılıb-bağlanmasına imkan verir.  

Müvafiq aksesuarları ilə birlikdə temperli şüşə, aluminium və taxta qapılara quraşdırıla bilər.   

LF 150 yer pompasının üzərində 3 tənzimləmə ventili mövcuddur : 

  • Bağlanış sürəti  
  • Çırpılma sürəti 
  • Güc tənzimləməsi 
Whatsapp-a keçid et
Kömək lazımdır?
Salamlar,
Sizə necə kömək edə bilərik?