Sürgülü sistem – LADOR HARMONY

Sürgülü sistem iki teleskopik hərəkətli asqılı qapıdan ibarətdir. Bu sistemin əsas xüsusiyyəti qapıların sinxron olaraq teleskop şəkildə açılıb-bağlanmasındadır. Sürgülü sistemin əsas üstünlükləri daha az yer tutmasıdöşəmədə relsin olmaması  yumşaq bağlanış sisteminə (soft-stop) sahib olmasıdır. 

Evinizdə, ofisinizdə və ya digər başqa məkanda əlavə yerə qənaət etmək və daha estetik görüntü əldə etmək istəyirsinizə, sürgülü sistemlər sizin üçün ideal seçim ola bilər. Əsas üstünlükləri, daha az yer tutması, döşəmədə relsin olmaması (ayağa dəyə biləcək hər hansısa maneənin olmaması) və yumşaq əyləcli sistemə (Soft-stop) sahib olmağıdır. 

Lador Harmony modeli, iki teleskopik hərəkətli qapıdan ibarət modeldir. Bu modelin xüsusiyyəti hərəkətli qapıların teleskop şəklində sinxron olaraq açılıb bağlanmasındadır, yəni, öndəki qapı açılanda digəri də onunla birlikdə açılır və qapılar üst-üstə yığılır, həmçinin öndəki qapı bağlananda digəri də onunla bərabər. Bu model asma sürgülü sistem tavana quraşdırılmaq üçün nəzərdə tutulub. 

Əlavə olaraq, sürgülü sistemlər müxtəlif ölçülərə uyğun olaraq fərdiləşdirilə bilər. Bir qapının minimum eni 60sm, maksimum eni isə 120sm ola bilər.

Şüşədə əlavə kəsim etməyə ehtiyac yoxdur. Əsasən temperli tək şüşə üçün nəzərdə tutulub. 

Whatsapp-a keçid et
Kömək lazımdır?
Salamlar,
Sizə necə kömək edə bilərik?