Evimizin ayrılmaz hissəsi – Qapı
Siz heç hansısa evi, binanı, obyekti, mağazanı, restoranı, ticarət mərkəsini və s. – istənilən qapalı məkanı qapısız təsəvvür edə bilərsiniz? Niyə hər qapalı məkanda qapıdan istifadə olunur? Cavabı əslində sadədir: Giriş və çıxış üçün, təhlükəsizlik üçün, içəridəki havanın sabit saxlanılması üçün və sairə. Müasir dövrdə isə, bəlkə də, bu sadaladıqlarımız qədər vacib olanı isə məkanın görünüşüdür. Qapı, məkanın görüntüsünə olduqca estetik bir görünüş verir və müasir dövrdə qapının növü və dizaynı olduqca vacib bir amildir.
Bəzi mənbələr görə, ilk dəfə 4000 il əvvəl Misirdə istifadə edilən qapının, hal hazırda bir çox fərqli çeşidləri var: Taxta qapılar, Dəmir qapılar, PVC qapılar, şüşə qapılar və s. bundan başqa mexanizmasına görə qapılar – açılıb-örtülən qapılar, elektronik qapılar, fırlanan qapılar və sürgülü qapılar olmaq üzrə növlərə ayrılır. Sürgülü qaplar əsasən mexanizması üstdən olan (paroqsuz) – yuxarıdan sürüşən – asqılı sürgülü qapı və mexanizması aşağıdan olan – aşağıdan ray sistemi ilə sürüşən (paroqlu) sistemlər olmaq üzrə iki yerə ayrılır. Biz isə sizlərlə “asqılı sürgülü qapılardan” danışacağıq.
Asqılı sürgülü sistem
Qısaca tərif verməli olsaq, mexanizması üstdən olan, aşağıdan heç bir kanala, relsə və mexanizmaya ehtiyac olmadan, sürüşərək açılıb örtülən qapılara asqılı sürgülü qapılar deyə bilərik. Asma sürgülü sistemlər, taxta, aluminium, plastik və s. materiallardan ola bilsə də, müasir dövrdə estetik görünüş və münasib qiymət baxımından ən çox temperli şüşə qapılardan istifadə edilir. Əsasən çərçivəli sürgülü sistemlər və çərçivəsiz sürgülü sistemlər olmaq üzərə iki qrupa ayrılır. Çərçivəli sürgülü sistemlər, estetik görünüşü, fərqli teleskopik növləri ilə ən çox seçilən model olsa da, çərçivəsiz sürgülü sistemlər, rahat quraşdırılma və münasib qiyməti ilə alıcıların seçimləri arasındadır.
Asqılı sürgülü şüşə qapıların avantajları
Müasir dövrdə Sürgülü şüşə qapılar, adi qapılar və boş arakəsmələrin yerini almaqdadır. Buna səbəb isə, sürgülü sistemin müasir dövr zövqlərinə uyğunluğu və bir çox üstünlükləridir. Gəlin birlikdə Asma sürgülü sistemin avantajlarını nəzərdən keçirək.
Estetik görünüş: Müasir dövrdə dizayn edilmiş evlər, otaqlar, ofislər və s. əksər məkanlar, geniş cam pəncərələr, cam qapılar və hətta şüşə məhəccərlər ilə daha çox uyğunlaşmaqdadır. Buna görə də cam panellər və əsasən də minimal çərçivələrlə tərtib edilmiş asqılı sürgülü qapılar içəri məkanlara müasir və xoş görünüş verir.
Əraziyə qənaət: ənənəvi məntəşəli qapılardan fərqli olaraq sürgülü qapılar divar boyunca açılıb bağlandığı üçün otaqda çox yer tutmayacaqdır, xüsusilə dar arakəsmələri olan otaqlar üçün sürgülü qapılar ideal seçimdir. Onu da qeyd etmək gərəklidir ki, döşəmədən hər hansısa bir mexanizmaya, kanala ehtiyacı olmayan, paroqsuz asqılı sürgülü sistemlər, paroqlu – aşağıdan relsli olan sürgülü sistemlərə nəzərən, daha estetik görünüşə və rahatlığa sahibdir. Bundan başqa asqılı sürgülü sistemlərin, relsi döşəmədə olan mexanizmalardan üstün cəhətləri – daha asan quraşdırılma və döşəmədə görüntünü pozan və ya ayağa ilişə biləcək hər hansısa əlavə relsə ehtiyac olmamasıdır.
İstifadə rahatlığı: Xüsusilə geniş arakəsmənin olduğu məkanlarda sürgülü qapılar ideal seçimdir. Asqılı sürgülü sistem, böyük və ağırçəkili qapıların rahatlıqla, əlavə güc tətbiqi ehtiyacı olmadan açılıb bağlanmasını təmin edir.
Seçim çoxluğu: Sürgülü sistemlər şüşə panellərdən yığıldığı üçün, siz geniş çeşiddə, fərqli görünüşlərdə və fərqli rənglərdə olan, şüşələr seçə bilərsiniz. Bundan başqa asqılı sürgülü sistemin, teleskopik, çərçivəli, və çərçivəsiz növləri də var.
Nəticə
Nəticə etibarı ilə, asqılı sürgülü sistemlər, hər hansı bir məkanı, funksional və estetik dizaynda tamamlamaq üçün mükəmməl bir həlldir. Məkanın ərazisini maksimum dərəcədə artırmaq və müasir bir toxunuş əlavə etmək üçün, asqılı sürmə qapılar ideal seçimdir.