Daim yeniliklər
Şirkət haqqında
LADOR şirkəti 2016-cı ildə Azərbaycanın ilk yerli qapı aksesuarları brendi kimi fəaliyyətə başlamışdır.
Təklif etdiyimiz yüksək keyfiyyətli, dünya standartlarına cavab verən, sertifikatlı və rəsmi zəmanətli məhsullarla bu industriyada yeni reallıq formalaşdırdıq.
Biz şüşə qapı aksesuarları sahəsində müştəri gözləntisinin və keyfiyyətli xidmətin üst standartlarını müəyyən edən şirkət olmaq üçün çalışırıq.
Qapı aksesuarları sahəsində müştəri məmnuniyyətinin və keyfiyyətli xidmətin nə qədər vacib olduğunu anlayırıq və bu istiqamətdə olan gözləntini ödəmək üçün innovativ addımlar atmağa cəhd edirik.
Üstünlüklərimiz
Ünvana sürətli çatdırılma
100 manatdan yuxarı alış-verişlərdə məhsulları Bakı ətrafında qapıya kimi pulsuz çatdırırıq.
Professional texniki dəstək
Texniki nasazlıq zamanı və ya məhsulun zəmanəti ilə bağlı məsələlər ortaya çıxanda professional komandamız bütün problemləri aradan qaldıracaq.
Trend olan məhsul çeşidi
Daim yenilənən məhsul çeşidi ilə ən son tələbata uyğun məhsulları Ladorda tapa bilərsiniz.
İnformativ veb-sayt
Məhsullar barədə butün lazımı informasiya saytda sizin xidmətinizdədir.
Rəsmi zəmanətli məhsullar
Bütün məhsullara 1 il rəsmi zəmanət verilir.
Alış zamanı maksimal dəstək
Məhsulların alışı zamanı hər hansı yarana biləcək suallarınıza cavab veriləcək və seçim etməkdə tam dəstək göstəriləcək.
Məhsulları qaytarma imkanı
İstənilən zaman məhsulları geri qaytarılması və ya dəyişdirilməsi mümkündür. Qeyd: məhsulun yeni görünüşünü qorunmalıdır.
Tamamilə onlayn alış-veriş mümkündür
İşlədiyiniz yerdə ayrılmadan məhsulları onlayn və ya zəng edərək sifariş edə bilərsiniz. Bunun üçün iş saatlarında whatsapp nömrəmiz aktiv olur.
Köçürmə ilə ödəmə mümkündür
Məhsulların ödənişini bank hesabında olan pul ilə ödəmək istəyirsinizsə, bu növ ödəmə üsulu da Ladorda keçərlidir.
Sertifikatlı məhsullar
Rəsmi sertifikatlar ilə təmin olduğundan məhsulların keyfiyyəti barədə tam əmin ola bilərsiniz.
Vizyonumuz
Məhsullar barədə lazım olacaq bütün informasiyanı bir platformada cəmləmək və istifadəçi rahatlığını maksimum təmin etməkdir. Bununla da, həm təmir işi ilə məşğul olanlar üçün, həm də şirkətlər üçün tam funksional rəqəmsal alət təqdim etmək istəyirik. İnanırıq ki, bununla təmir işlərinin gedişatını sürətləndirəcəyik və aksesuar alışı prosesi şəffaf, sadə və çox rahat olacaq.
Missiyamız
Bu sahədə fəaliyyət göstərən şəxsləri düzgün məhsullarla təmin etmək, onların tələblərini ödəmək, informasiyanı faydalı və hər kəs üçün anlaşılan etməyə çalışırıq. Buna nail olmaq üçün daima bazar araşdırması edib, trend ola biləcək məhsulları tapırıq və müştərilərimizin rahat sata bilməsi və istehlakı üçün hər növ kontent ilə təmin etməyə çalışırıq.
Dəyərlərimiz
Hər müştərilərimiz, həm də əməkdaşlarımızla tam şəffaf münasibətlər yaratmağa çalışırıq. Onların qazanmaqları və inkişaf etməkləri üçün mümkün həllər tapıb, ən yaxşılarını işimizə tətbiq edirik. Ofis mühitində maksimum mehriban ortam yaradırıq ki, həm orda çalışanlar, həm də müştərilərimiz özlərini çox yaxşı hiss etsinlər.
Satış ofisi
Hal-hazırda yalnız bir ünvanda mövcud olan satış mərkəzimiz həftənin 6 günü fəaliyyətinizdədir.
Alış zamanı yarana biləcək bütün suallara əməkdaşlarımız operativ şəkildə cavab verəcək.
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küç., 27B
İş günləri: Bazar ertəsi – Şənbə (9:00 – 18:00)