Şüşə Qapı Pompalarını İstifadəsi

Şüşə qapı pompası nədir?  

Şüşələnmə müasir dövrdə yüksək dinamika ilə artmaqdadır. Ətrafımıza diqqətlə nəzər yetirsək, marketlərdə, ofislərdə, mallarda, obyektlərdə və hətta bir çox yeni yaşayış binalarında şüşələnmənin necə artdığını görə bilərik. Bəs görəsən bu şüşələrin təhlükəsizliyini, sabitliyini, hərəkətini və s. nələr təmin edir. Bu gizli qəhrəmanlar, şüşə qapı aksessuarları və şüşə qapı pompasıdır. 

Siz heç bilirsiniz mi, Şüşə qapılar üçün onun aksessuarları və hidravlikası nə qədər önəmlidir? Ümumiyyətlə nədir bu şüşə qapı pompası? Gəlin ətraflı şəkildə tanış olaq. 

Bəzilərimiz ona şüşə qapı pompası deyirik, bəzilərimiz qapı matoru, bir başqaları hidravlik, döşəmə yayı və daha bir çox ad tapmaq olar bu mexanizma üçün. Əslində bu mexanizmaya nə  dediyimizin və ya necə adlandırdığımızın heç bir önəmi yoxdur. Önəmli olan bu mexanizmanın nə olduğunu, nə işə yaradığını, önəmini bilmək və seçərkən nəyə diqqət etmək lazım olduğunu bilməkdir. 

Qısa şəkildə ona belə tərif verə bilərik: Şüşə qapı pompası – qapını sakit, təhlükəsiz və fiziki güc tələb etmədən istənilən sürətdə nəzarətli şəkildə bağlayan, yerə basdırılan gizli mexanizmadır.  

Əsasən şüşə qapılarda istifadə olunur, ancaq, dəmir, aliminium, taxta və s. kimi qapılarda da istifadə oluna bilir. 

Qapı bağlayıcısından fərqli olaraq sözügedən mexanizma ilə qapının hər iki istiqamətdə açılması mümkündür. 

Şüşə qapı pompasından niyə istifadə etməliyik? Üstünlükləri: 

Estetiklik:  

Şüşə qapı pompaları, yerə basdırıldığı üçün qapının vizual görünüşünə mane olmadan öz funksiyasını yerinə yetirir. Döşəmənin altına quraşdırıldığı üçün, dar dəhlizlər, kiçik otaqlar kimi məhdud boşluğu olan yerlərdə belə görünüşü pozmadan quraşdırıla bilir. 

Rahatlıq:  

Yer hidravliki əlavə güc tətbiq etmədən, qapıların rahat örtülməsini təmin edir və bizim hər dəfə qapını örtməyimizə ehtiyac qalmır. Fərqli növləri sayəsində hətta ağır çəkili qapıları da bağlamağı bacarır. 

Çox yönlülük:  

Döşəmə yayları – şüşə, aliminium, taxta, metal və s. qapılara quraşdırıla bilər. Fərqli qapı ölçülərinə və fərqli qapı çəkilərinə uyğun model quraşdırıldıqda rahatlıqla qapını bağlaya biləcəkdir. Qeyd etmək lazımdır ki, Döşəmə yayları şüşə qapıya quraşdırıldıqda şüşə qapılar üçün olan aksessuarlardan (məntəşələr, kilid və s.) istifadə olunur, digər qapı növlərinə quraşdırıldıqda isə, pivot komplektindən istifadə edilir.  

Təhlükəsizlik:  

Şüşə qapı pompaları qapıların ehtiyyatlı və yavaş şəkildə bağlanmasını təmin etməklə hər hansısa bir fiziki zədənin olmasının qarşısını alır. Hətta güclü küləkli yerlər üçün, uyğun model quraşdırıldıqda qapının möhkəm çırpılmasının və hətta sınmasının qarşısını ala bilər. 

Qənaətlilik:  

Qapı matorları, qapıların dərhal bağlanmasını təmin etməklə bərabər enerji itkisinin qarşısını alır. Bundan başqa düzgün qapı motorunu seçdiyiniz təqdirdə, o sizin qapınızın ən yaxın dostu olacaq və onu etibarlı şəkildə qoruyacaqdır.  

Şüşə qapı pompası alarkən diqqət edilməsi gərəkən məqamlar:  

Məhsulun keyfiyyəti:  

Qapı pompası alarkən diqqət edilməsi gərəkən ən vacib məqamlardan biri də, pompanın keyfiyyətidir. Xüsusilə daimi açılıb-bağlanan qapılarda bu mexanizma daima ağır qapıları hərəkət etdirərək işlədiyi üçün keyfiyyətli qapı pompasını seçmək olduqca labüddür.  

Qapının çəkisi:  

Qapı pompası seçərkən qapının çəkisini bilmək çox vacibdir, belə ki qapı pompaları bəzi çeşidləri ilə fərqli daşıma gücünə sahibdir. Ağır çəkili qapılar üçün yüngül gücə malik qapı matoru seçsəniz əgər, mator qapını bağlamaqda çətinlik çəkəcək və ya ümumiyyətlə gücü çatmayacaq. Əksi də düzgün olmaz, əgər yüngül çəkili qapılar üçün ağır gücə malik qapı pompası quraşdırsanız, o zaman qapı olduqca ağır açılacaq və bu tez-tez açılıb-örtülən qapılar üçün heç də düzgün seçim deyil. Qapıların çəkisini təqribi hesablamaq üçün, onun enini, hündürlüyünü və qalınlığını bilmək gərəkdir. Bundan əlavə ərazidə olan küləyi də nəzərə almaq gərəkdir. 

Şüşə qapının kəsimləri:  

Şüşə qapılar üçün ən çox bilinən 2 kəsim vardır. Fərqli adlardan istifadə olunsa da ən çox istifadə olunan adlar bunlardır: avropa kəsimistandart kəsim. Ölkəmizdə ən çox istifadə olunan standart kəsimdir. Standart kəsimin quraşdırılması rahat olduğuna baxmayaraq avropa kəsimi, aksessuarların uzunömürlülük baxımından nisbətən üstün sayılır. Şüşə qapıda artıq kəsim hazırdırsa, həmin kəsimlərə uyğun kəsimdə olan aksessuarlar alınmalıdır.  

Nəticə:  

Yekunda onu da qeyd edək ki, bu mexanizmlər və aksessuarlar bizim həyatımızı rahatlaşdırmaq və təhlükəsizliyimizi qorumaq üçün istifadə olunur. Ətraflı şəkildə qapı pompaları növləri ilə tanış olmaq istəsəniz bu linkdən keçid edə bilərsiniz. 

Whatsapp-a keçid et
Kömək lazımdır?
Salamlar,
Sizə necə kömək edə bilərik?