Qapı bağlayıcısı DORMAKABA TS 93 EN 2-5

Alman brendinə məxsus olan bu raylı model qapıya quraşdırılarkən öz estetik görüntüsü ilə fərqlənir. Qapı bağlayıcısı, qapı açılıb bağlanarkən, sürüşmə kanalı ilə hərəkət etdiyi üçün, qapının xarici görünüşünü pozmur. 60-120 kq aralığında çəkisi olan qapılara quraşdırıla bilər. Bu model raylı olduğu üçün əsasən daxili otaq qapıları və ofis qapılarına quraşdırılmaq üçün əlverişlidir. Bu model korroziyadan əlavə qorunma ilə təmin olunub. Gücü tənzimlənəndir.

Brend

Dormakaba

Rəng

Alüminium

EN gücü

2-5

Qapının eni

1250 mm

Qapının çəkisi

40 – 120 kq

Material

Alüminium

Sertifikat

CE, EN 1154

Tənzimləmələr

Back check, Bağlanış gecikməsi, Bağlanış sürəti, Çırpılma sürəti, Güc

Dormakaba TS 93 modeli, Alman brendi Dormakaba tərəfindən istehsal olunan yüksək keyfiyyətli və etibarlı qapı bağlayıcısıdır. 60kg-dan 120kg-a qədər olan qapılara quraşdırılmaq üçün nəzərdə tutulmuşdur. Raylı model olduğu üçün, əsasən, külək tutmayan yerlərə – daxili otaqlara quraşdırılmaq üçün tövsiyə olunur.

Bu modelin 5 tənzimləməsi mövcuddur:

  • Qapının 15 dərəcəyə qədər bağlanış sürəti tənzimləməsi
  • Qapının 15 dərəcədən bağlanışa kimi olan çırpılma tənzimləməsi 
  • Qapının çəkisinə uyğun güc tənzimləməsi 
  • Gecikmə funksiyası – Delayed Action ventili
  • Geri çırpılma kontrolu – Back Check yaxud BC yazılan ventil

CE və EN 1154 sertifikatlarına malikdir.

Önəmli qeydlər: 

  • “Delayed Action“ və “BC” funksiyaları eyni anda aktiv edilməməlidir.  
  • Sürət tənzimlənmələrini qapı bağlı olarkən tənzimləmək vacibdir.
  • Ventilləri axıra qədər açmaq olmaz, əks təqdirdə içindəki yağı çıxa bilər və qapı bağlayıcısı sıradan çıxa bilər.
  • Quraşdırılan zaman bərkidici şuruplar tam sıxılmalıdır. 
Whatsapp-a keçid et
Kömək lazımdır?
Salamlar,
Sizə necə kömək edə bilərik?