Raylı qapı bağlayıcısı – Dormakaba TS 92 B EN 1-4

Alman brendinə məxsus olan bu raylı model qapıya quraşdırılarkən öz estetik görüntüsü ilə fərqlənir. Qapı bağlayıcısı, qapı açılıb bağlanarkən, sürüşmə kanalı ilə hərəkət etdiyi üçün, qapının xarici görünüşünü pozmur. çəkisi 90 kq-a qədər olan qapılara quraşdırıla bilər. Bu model raylı olduğu üçün əsasən daxili otaq qapıları və ofis qapılarına quraşdırılmaq üçün əlverişlidir. Bu model korroziyadan əlavə qorunma ilə təmin olunub.

Brend

Dormakaba

Rəng

Alüminium

EN gücü

1-4

Qapının eni

1100 mm

Qapının çəkisi

90 kq -a qədər

Material

Alüminium

Sertifikat

CE, EN 1154

Tənzimləmələr

Bağlanış sürəti, Çırpılma sürəti

Dormakaba TS 92 modeli, Alman brendi Dormakaba tərəfindən istehsal olunan yüksək keyfiyyətli və etibarlı qapı bağlayıcısıdır. 90kq-a qədər olan qapılara quraşdırılmaq üçün nəzərdə tutulmuşdur. Raylı model olduğu üçün, əsasən, külək tutmayan yerlərə – daxili otaqlara quraşdırılmaq üçün tövsiyə olunur.

Bu modelin 2 tənzimləməsi mövcuddur:

  • Qapının 15 dərəcəyə qədər bağlanış sürəti tənzimləməsi
  • Qapının 15 dərəcədən bağlanışa kimi olan çırpılma tənzimləməsi 

ISO 9001, EN 1154 və CE sertifikatlarına malikdir.

Önəmli qeydlər: 

  • Sürət tənzimlənmələrini qapı bağlı olarkən tənzimləmək vacibdir.
  • Ventilləri axıra qədər açmaq olmaz, əks təqdirdə içindəki yağı çıxa bilər və qapı bağlayıcısı sıradan çıxa bilər.
  • Quraşdırılan zaman bərkidici şuruplar tam sıxılmalıdır. 
Whatsapp-a keçid et
Kömək lazımdır?
Salamlar,
Sizə necə kömək edə bilərik?