Qapı bağlayıcısı LADOR LD 90

30,00 

Amerika dizaynına məxsus olan Ld 90 qapı bağlayıcıları əsasən taxta, PVC, alüminium, dəmir və s. orta-ağır çəkili qapılara quraşdırmaq üçün nəzərdə tutulmuşdur. Bu modelin digər modellərdən əsas üstünlüyü çox funksiyalı olmasındadır. 

Brend

Lador

Rəng

Gümüşü, Qəhvəyi, Qara

EN gücü

2-4

Qapının eni

1100 mm

Qapının çəkisi

25-85 kq

Material

Tökmə aluminium

Sertifikat

CE, EN 1154, EN 1634

Tənzimləmələr

Çırpılma sürəti, Hərəkət sürəti

Güc tənzimləməsi

Var

Back check funksiyası

Var

Delay Action funksiyası

Var

Qabarit ölçüləri

248 x 42 x 52 mm ( U x E x D )

Əsasən çəkisi 25-85kg aralığında olan, market, restoran, plaza və s obyektlərin giriş qapılarına quraşdırıla biləcək çoxfunksiyalı qapı bağlayıcısıdır. 

5 tənzimləmə funksiyası var:  

  • Güc tənzimləməsi - Sol tərəfində yerləşir. 25-85 kq çəki aralığında müvafiq güc təzimləməsi etmək, qapının çəkisinə uyğunlaşdırmaq üçündür. 
  • Bağlanma sürəti tənzimləməsi -“Speed Closing” yazılan ventil. 180° və 10° aralıqda olan bağlanma sürətini tənzimləyir. 
  • Çırpılma sürəti tənzimləməsi - “Latch Speed” yazılan ventil.  10° dən qapının tam bağlanmasına qədər olan məsafədəki sürəti (çırpılmanı) tənzimləyir.  
  • Gecikmə funksiyası - “Delayed Action” yazılan ventil. Bu funkisya qapı tam açıldığı mövqedən 70°-dək olan bağlanma sürətini yavaşladır. Bu ventilin sıxılmasına müvafiq olaraq  təxminən 25 saniyə müddətində gecikmə yaradır. 70°- dək bağlandıqdan sonra qapı normal tənzimlədiyiniz sürətdə bağlanmağa davam edəcək. 
  • Geri çırpılma kontrolu - “Back Check” yaxud “BC” yazılan ventil.Bu funksiya qapı sürətlə itələnib açılarkən qapının kənardakı divara yaxud nəyəsə çırpılmaması üçün 70° dən sonrakı açılma sürətini azaldır. 

Önəmli qeydlər: 

* “Delayed Action“ və “BC” funksiyaları eyni qapıda aktiv edilməməlidir.  

* sürət  tənzimlənmələrini qapı bağlı olarkən tənzimləmək vacibdir. 

* Ventilləri axıra qədər açmaq olmaz, əks təqdirdə içindəki yağı çıxa bilər və qapı bağlayıcısı sıradan çıxa bilər. 

* Quraşdırılan zaman bərkidici şuruplar tam sıxılmalıdır. 

Whatsapp-a keçid et
Kömək lazımdır?
Salamlar,
Sizə necə kömək edə bilərik?