Məhsul haqqında
standart qapı matoru əsasən ofis, satış obyekti, gözəllik salonu və.s məkanların standart çəkili şüşəli giriş qapılarına quraşdırılması üçün uyğundur.
Qaytarıcı mexanizm, daxilində olan gizli hidravlik silindir sayəsində, qapının kontrollu şəkildə bağlanmasını və çırpılmasını tənzimləyir.
Qapının alt hissəsinə, döşəməyə qazılaraq yerləşdirilir.
Müvafiq aksesuarları ilə birlikdə temperli şüşə, aluminium və taxta qapılara quraşdırıla bilər.
Standart çəkili qapılar üçün ( 80kg-a qədər ) nəzərdə tutulmuş qapı pompası, keyfiyyət və uyğun qiymət mütənasibliyi ilə satışlar lideridir.
LF 80 yer pompası üzərində 2 sürət tənzimləməsi mövcuddur.
- 1 nömrəli ventil qapının 90 – 20 dərəcə aralığındakı bağlanma sürətini tənzimləyir
- 2 nömrəli ventil qapının 20 – 0 dərəcə aralığındakı çırpılma sürətini tənzimləyir