Qapı bağlayıcısı LADOR LD 150

Bu qapı bağlayıcısı ağır çəkili (40kq-dan 150kq-a qədər) – dəmir, ağır çəkili PVC və taxta və s. qapılara quraşdırıla bilər. Bu model həm ağır, həm də nisbətən yüngül qapılar üçün uyğun olması və uzun ömürlülüyü ilə fərqlənir. Bu qapı bağlayıcısının ANSI sertifikatı mövcuddur ki, bu da 2 milyon dəfəyədək problemsiz açılıb bağlanma zəmanəti verir

129,80 

Məhsul haqqında

Əsasən ağır çəkili mənzil, blok giriş qapıları, güclü külək tutan yerlərdə quraşdırılan qapılar üçün ən əlverişli bağlayıcı mexanizm LD 150.

Qapı bağlayıcısının üzərində 4 tənzimlənməsi (ventili) var:

  • Qapının bağlanma sürəti
  • Çırpılma sürəti
  • BackCheck funksiyası
  • Güc tənzimləməsi

Önəmli qeydlər: 

* müvafiq  tənzimlənmələri qapı bağlı olarkən tənzimləmək vacibdir. 

* Ventilləri axıra qədər açmaq olmaz, əks təqdirdə içindəki yağı çıxa bilər və qapı bağlayıcısı sıradan çıxa bilər.

* Quraşdırılan zaman bərkidici şuruplar tam sıxılmalıdır. 

Texniki göstəricilər

Brend

Lador

Rəng

Gümüşü

EN gücü

2-6

Qapının eni

1400 mm – ə qədər

Qapının çəkisi

150 kq-a qədər

Material

Tökmə aluminium

Sertifikat

ANSI, CE, UL

Tənzimləmələr

Çırpılma sürəti, Hərəkət sürəti

Güc tənzimləməsi

Var

Back check funksiyası

Var