Məhsul haqqında
Ağır çəkili qapılara, əsasən böyük mağazaların, ticarət mərkəzlərinin və bir sıra obyektlərin giriş hissəsində, tez-tez rast gəlmək mümkündür. Qapının düzgün şəkildə bağlanması və rahat açılması üçün, qapıya uyğun düzgün qapı bağlayıcısından istifadə etmək vacib məqamdır. Xüsusən ağır çəkili qapılar üçün LD 120 modeli mükəmməl seçimdir. Əsasən ofis, bina, otel, market, məktəb, xəstəxana və.s qapılara quraşdırıla bilər. Yüngül çəkili qapılar üçün tövsiyyə olunmur.
Qapı bağlayıcısının üzərində 2 sürət tənzimlənməsi (ventili) var:
- “1” nömrəli ventil – Qapının 180 dərəcədən 15 dərəcəyə qədər olan bağlanma sürətini tənzimləyir.
- “2” nömrəli ventil – Qapının 0-15 dərəcə arasındakı çırpılma sürətini tənzimləyir.
Önəmli qeydlər:
* müvafiq tənzimlənmələri qapı bağlı olarkən tənzimləmək vacibdir.
* Ventilləri axıra qədər açmaq olmaz, əks təqdirdə içindəki yağı çıxa bilər və qapı bağlayıcısı sıradan çıxa bilər.
* Quraşdırılan zaman bərkidici şuruplar tam sıxılmalıdır.