Back Check Funksiyası

Qapı bağlayıcısına olan təlabat artmaqdadır:

Son zamanlar marketlərdə, geyim mağazalarında, bir sıra obyektlərdə, məktəblərdə, ticarət mərkəzlərində, mallarda, iaşə obyektlərində və s. xüsusən giriş qapılarına qapı bağlayıcıları quraşdırılması tendensiyası artmaqdadır. Demək olar ki, qapı bağlayıcısı qapının yaxın dostu olub artıq.

Qapı bağlayıcısının funksiyaları:

Biz artıq qapı bağlayıcıları haqqında olan blogda, qapı bağlayıcısının nə olduğu ilə bağlı ətraflı şəkildə tanış olduq. Ancaq, onun funksiyaları haqqında ətraflı şəkildə danışmadıq. Gəlin qapı bağlayıcısının funksiyaları ilə yaxından tanış olaq. Bu blogda, biz məhz “Back Check” funksiyası və ya “BC” şəklində yazılan “Geri çırpılma kontrolu” haqqında danışacağıq.

Nədir Back Check funksiyası?

Bildiyimiz kimi, qapı bağlayıcısı qapını açarkən, qapının kontrollu şəklində bağlanmasını həyata keçirir, bəs Back Check funksiyası? Bəzi şəxslər, qapı bağlayıcısını quraşdırarkən, üzərində olan funksiyalara, heç ümumiyyətlə baxmır, ancaq, bu funksiyalar, qapı açılıb-bağlanarkən, qapı bağlayıcısının düzgün şəkildə işləməsi üçün, çox əhəmiyyətlidir. Back Check funksiyası da, bu vacib funksiyalardan biridir.

Bəzən, qapının olduğu yerdən asılı olaraq, qapının 90 dərəcə açılma məsafəsindən sonra, qapının arxasında maneə ( divar, şəkil, plakat, əşya və s. ) olur. Qapı sürətlə açıldığı təqdirdə, bu maneəyə dəyərək qapını və həmin maneəni zədələyə bilər. Bəziləri, hətta, bu funksiyadan xəbərsiz olduqları üçün, qapı bağlayıcısından əlavə stopper alıb quraşdırır. Bu isə, həm artıq xərc, həm də, əziyyət tələb edir. “Geri çırpılma kontrolu” sayəsində, bu problem daha rahat və münasib şəkildə həll oluna bilər.

 “BC” yazılan Back Check funksiyası qapının kontrollu şəkildə açılmasını tənzimləyir və qapı 90 dərəcəyə çatdıqda onun bu dərəcədən artıq açılmasının qarşısını alır. Bundan əlavə, qapının daima sürətlə açılması, qapı bağlayıcısının uzunömürlülüyü baxımından mənfi təsir edə bilər. BC yazılan ventili sıxmaqla, qapının sürətlə açılmasının qarşısını almaq olar.

Nəticə

Ümumiyyətlə qapı bağlayıcısını alarkən, qapının ölçülərini və çəkisini bilmək nə qədər önəmlidirsə, qapının yerləşdiyi məkanı – arxasında hər hansısa maneənin olub olmadığını bilmək də, o qədər önəmli məqamdır. Əgər qapının 90 dərəcədə açılmasından sonrakı məsafədə hər hansısa bir maneə varsa,  “Back Check” funksiyasına malik qapı bağlayıcısı seçmək lazımdır.

Whatsapp-a keçid et
Kömək lazımdır?
Salamlar,
Sizə necə kömək edə bilərik?