Məhsul haqqında
Dormakaba TS 73 modeli, Alman brendi Dormakaba tərəfindən istehsal olunan yüksək keyfiyyətli və etibarlı qapı bağlayıcısıdır. 40kg-dan 80kg-a qədər olan qapılara quraşdırılmaq üçün nəzərdə tutulmuşdur.
4 tənzimləmə funksiyası mövcuddur:
- Qapının 15 dərəcəyə qədər bağlanış sürəti tənzimləməsi
- Qapının 15 dərəcədən bağlanışa kimi olan çırpılma tənzimləməsi
- Qapının çəkisinə uyğun güc tənzimləməsi
- Geri çırpılma kontrolu – Back Check yaxud BC yazılan vida
Önəmli qeydlər:
- Sürət tənzimlənmələrini qapı bağlı olarkən tənzimləmək vacibdir.
- Ventilləri axıra qədər açmaq olmaz, əks təqdirdə içindəki yağı çıxa bilər və qapı bağlayıcısı sıradan çıxa bilər.
- Quraşdırılan zaman bərkidici şuruplar tam sıxılmalıdır.
