Qapı bağlayıcısı LADOR LD 100

Bu model avropa dizaynına uyğun istehsal edilmiş, modern görünüşlü, universal qapı bağlayıcısıdır. 

Özünün güc tənzimlənməsi sayəsində, həm yüngül (20 kg), həm də ağır (120 kg) çəkili qapılara uyğunlaşdırıla bildiyi üçün, bu model universal sayılır.  

Brend

Lador

Rəng

Gümüşü

EN gücü

2-5

Qapının eni

1250 mm

Qapının çəkisi

25-120 kq

Material

Tökmə aluminium

Sertifikat

CE

Tənzimləmələr

Çırpılma sürəti, Hərəkət sürəti

Güc tənzimləməsi

Var

Back check funksiyası

Var

Delay Action funksiyası

Yoxdur

Qabarit ölçüləri

233 x 60 x 42 mm ( U x E x D )

Bu modelin digər modellərdən əsas üstünlüyü həm yüngül, həm də ağır çəkili qapılara quraşdırıla bilməsidir (güc funksiyasının olması). Universal model olduğu üçün, 20kg-dan 120kg-a qədər olan - plastik, taxta, PVC, alüminium, dəmir və s. qapılara rahatlıqla quraşdırıla bilər. Qapı bağlayıcısında güc funksiyası, qapının açılması və bağlanması zamanı tətbiq olunan gücü tənzimləyən bir sistemdir. Güc funksiyası  ilə qapının çəkisinə və hava şəraitinə uyğun olaraq qapı bağlayıcısının gücünü tənzimləyə bilərsiniz. 

BackCheck funksiyası qapının müəyyən dərəcəyə qədər açılmasını tənzimləyir. Bəzən qapıların yanlarında hər hansısa bir maneə olur ( divar, plakat, poster və s.) və qapının tez tez açılıb bağlanması zamanı qapı bu maneəyə dəyərək həmin divarı və s. zədələyir, həmçinin qapı da zədələnmiş olur. BackCheck funksiyası belə bir problem yaşanmasının qarşısını alır. 

LD 100 modelinin ümumilikdə 4 tənzimləmə funksiyası var:

  • Qapının 15 dərəcəyə qədər bağlanış sürəti tənzimləməsi
  • Qapının 15 dərəcədən bağlanışa kimi olan çırpılma tənzimləməsi 
  • Qapının çəkisinə uyğun güc tənzimləməsi 
  • Qapı sürətli açılan zaman arxa divara çırpılmasını önləyəcək “Back Check” tənzimləməsi 

Önəmli qeydlər: 

* sürət  tənzimlənmələrini qapı bağlı olarkən tənzimləmək vacibdir. 

* Ventilləri axıra qədər açmaq olmaz, əks təqdirdə içindəki yağı çıxa bilər və qapı bağlayıcısı sıradan çıxa bilər.

* Quraşdırılan zaman bərkidici şuruplar tam sıxılmalıdır. 

Whatsapp-a keçid et
Kömək lazımdır?
Salamlar,
Sizə necə kömək edə bilərik?