Qapı bağlayıcısı LADOR LD 120

70,00 

Bu model ağır çəkili (80kg-dan 120kg-a qədər) dəmir, ağır çəkili PVC və taxta və s. qapılara quraşdırıla bilər. Bu model, ağır çəkili qapılar üçün, münasib qiymətə olması ilə seçilir.

Brend

Lador

Rəng

Gümüşü, Qara

EN gücü

4-5

Qapının eni

1250 mm

Qapının çəkisi

80-120 kq

Material

Tökmə aluminium

Sertifikat

CE, UL

Tənzimləmələr

Çırpılma sürəti, Hərəkət sürəti

Güc tənzimləməsi

Yoxdur

Back check funksiyası

Yoxdur

Qabarit ölçüləri

248 x 44.5 x 72.5 mm ( U x E x D )

Ağır çəkili qapılara, əsasən böyük mağazaların, ticarət mərkəzlərinin və bir sıra obyektlərin giriş hissəsində, tez-tez rast gəlmək mümkündür. Qapının düzgün şəkildə bağlanması və rahat açılması üçün, qapıya uyğun düzgün qapı bağlayıcısından istifadə etmək vacib məqamdır. Xüsusən ağır çəkili qapılar üçün LD 120 modeli mükəmməl seçimdir. Əsasən ofis, bina, otel, market, məktəb, xəstəxana və.s qapılara quraşdırıla bilər. Yüngül çəkili qapılar üçün tövsiyyə olunmur. 

Qapı bağlayıcısının üzərində 2 sürət tənzimlənməsi (ventili) var: 

  • “1” nömrəli ventil - Qapının 180 dərəcədən 15 dərəcəyə qədər olan bağlanma sürətini tənzimləyir. 
  • “2” nömrəli ventil - Qapının 0-15 dərəcə arasındakı çırpılma sürətini tənzimləyir.  

Önəmli qeydlər: 

* müvafiq  tənzimlənmələri qapı bağlı olarkən tənzimləmək vacibdir. 

* Ventilləri axıra qədər açmaq olmaz, əks təqdirdə içindəki yağı çıxa bilər və qapı bağlayıcısı sıradan çıxa bilər.

* Quraşdırılan zaman bərkidici şuruplar tam sıxılmalıdır. 

Whatsapp-a keçid et
Kömək lazımdır?
Salamlar,
Sizə necə kömək edə bilərik?